HKM & Co

Məxfilik siyasəti

Bu siyasət saytda qeydiyyat və kabinet alətlərindən istifadə zamanı toplanan məlumatların necə emal olunduğunu izah edir.

Topladığımız məlumatlar: əlaqələndirici şəxsin adı, e-poçtu, telefonu və vəzifəsi; şirkətin adı, VÖEN-i, hüquqi forması, vergi rejimi və ünvanı; kabinet alətlərində yaratdığınız nəticələr.

Məqsəd: hesabın yaradılması, alətlərin təqdim edilməsi, sorğularınıza cavab verilməsi və xidmət təkliflərinin hazırlanması.

Yüklədiyiniz bəyannamə faylları saxlanılmır; yalnız onlardan oxunan rəqəmlər kabinetinizdə saxlanılır və istənilən vaxt silinə bilər.

Məlumatlarınız üçüncü şəxslərə satılmır. Onlar yalnız qanunvericiliyin tələb etdiyi hallarda səlahiyyətli orqanlara təqdim edilə bilər.

Məlumatlarınızın düzəldilməsi və ya silinməsi üçün bizə e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

[email protected]